Əziz Əliyevin iş otağındakı heykəltəraşlıq əsəri Prezidentə təqdim edildi - FOTO

Əziz Əliyevin iş otağındakı heykəltəraşlıq əsəri Prezidentə təqdim edildi - FOTO

Hazırda oxunan: Əziz Əliyevin iş otağındakı heykəltəraşlıq əsəri Prezidentə təqdim edildi - FOTO

108119

Azərbaycan Prezidenti İlham Əliyevə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.

Bizim.Media xəbər verir ki, heykəltəraşlıq əsərini bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov təqdim edib.

Qeyd edilib ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını alıb.

Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO