“Biz ötən iclasda diplomatlarımızın yarıtmazlığından danışmağı unutduq”.
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Biz ötən dəfə Fransa Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsindən danışdıq. Lakin bununla yanaşı, biz həm də bir məqamı - özümüzə aid olan yarıtmazlıqdan danışmağı unutduq.
MÖVZU İLƏ BAĞLI:
“Fransa Senatı və Milli Assambleya Yelisey Sarayının oyuncağına çevrilib” – Deputat
Necə olur ki, 256 nəfərlik parlamentdə bir nəfər belə Azərbaycanın lehinə səs vermir? Bizim illərdir ki, Fransada səfirliyimz fəaliyyət göstərir. Belə çıxır ki, bu illər ərzində səfirimiz bir Fransa deputatı ilə belə əlaqə qurmayıb? Necə olur ki, orda 256 nəfər deputatın hamısı ermənipərəst olur? Biz fəaliyyətsizliyimizlə bağlı ciddi işlər görməliyik, səfirliklərimiz yerləşdikləri ölkədə rəsmilərlə əlaqələr yaratmalıdırlar”, – deyə deputat bildirib.
Murad Əhmədov, Bizim.Media