Azərbaycanda iki yeni vəzifə yaradılır.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Prezident Altay Həsənovu təltif etdi
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifələri təsis edilib.
Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib.
Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bizim.Media