Azərbaycanda siyasi partiyaya üzvlüklə bağlı YENİ QAYDA

Azərbaycanda siyasi partiyaya üzvlüklə bağlı YENİ QAYDA

Hazırda oxunan: Azərbaycanda siyasi partiyaya üzvlüklə bağlı YENİ QAYDA

108076

Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir.

Bizim.Media xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun 1.1.7-ci maddəsinin (siyasi partiyanın üzvü – siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı) tələblərinə cavab verən şəxs siyasi partiyanın üzvü ola bilər. Şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər.
Dövlət qeydiyyatına alınmış siyasi partiyanın üzvü partiyanın yalnız bir yerli təşkilatında (olduğu halda) qeydiyyatda ola bilər.

Qeyd edək ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO