İranın Rusiyadakı səfirindən Qarabağ açıqlaması

İranın Rusiyadakı səfirindən Qarabağ açıqlaması

Hazırda oxunan: İranın Rusiyadakı səfirindən Qarabağ açıqlaması

10785

İran Ermənistan ilə Azərbaycan arasında Qarabağ müharibəsinin başa çatmasını alqışlayır.

Bizim.Media xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazem Cəlali “RİA Novosti” agentliyində keçirilən mətbuat konfransında söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qondarma rejimdən Azərbaycan bayrağının Xankəndinin mərkəzində dalğalanacağı haqda AÇIQLAMA


O qeyd edib ki, Azərbaycan və Ermənistan İranın yaxşı münasibətlər qurduğu qonşularıdır, rəsmi Tehran öz milli təhlükəsizliyini qonşularının təhlükəsizliyi ilə əlaqələndirir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bu yaxınlarda region ölkələrinə turnesini xatırladan diplomat bildirib ki, bu səfərin yekunlarına əsasən “3+3” formatında iqtisadi əməkdaşlıq sahəsində tədbirlər görüləcək. 

K.Cəlalinin sözlərinə görə, Qafqaz İran üçün böyük əhəmiyyət kəsb edən regiondur və ölkəsi bölgə dövlətləri ilə siyasi, iqtisadi, təhlükəsizlik sahələrində qarşılılıq fəaliyyəti genişləndirmək niyyətindədir.

Səfir bildirib ki, İran Rusiya ilə kommunikasiyaların inkişafı sahəsində əməkdaşlığa önəm verir.

İran Dəmir Yollarının rəhbərinin bu ay Moskvaya səfər edəcəyini vurğulayan diplomat deyib ki, bu çərçivədə ölkəsinin Çabahar, Zahedan limanlarından Rəşt və Astaradan keçərək Sankt-Peterburqa gedəcək dəmir yolunun inşası məsələləri də müzakirə olunacaq.

O, həmçinin ümidvar olduğunu bildirib ki, bu layihə İran-Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO