Rəsmi Moskva: “Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır”

Rəsmi Moskva: “Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır”

Hazırda oxunan: Rəsmi Moskva: “Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır”

107795

Rusiya Bakının rus dilinə və mədəniyyətinə diqqətli münasibətini yüksək qiymətləndirir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya gözlənilən işgüzar səfəri ilə bağlı bəyanatında yer alıb.

“Biz azərbaycanlı dostlarımıza bu işdə, o cümlədən respublikada rus dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin hazırlanması, Rusiya ali məktəblərində azərbaycanlı tələbələrin təhsili üçün kvotaların artırılması məsələlərində lazımi köməklik göstərməyə hazırıq”, - məlumatda deyilir. 
Rusiya Xarici İşlər Nazirliyi onu da qeyd edib ki, Azərbaycanın ali təhsil ocaqlarında rusdilli fakültələr fəaliyyət göstərir,  340-a yaxın məktəbdə isə tədris rus dilində keçirilir:

“Hazırda Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır, onlardan 1000-dən çoxu federal büdcə hesabınadır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox dövlət təqaüdü verilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO