“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” Latviyanın keçmiş prezidentinə təqdim edildi - FOTO

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” Latviyanın keçmiş prezidentinə təqdim edildi - FOTO

Hazırda oxunan: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” Latviyanın keçmiş prezidentinə təqdim edildi - FOTO

107794

Riqa şəhərində Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın anadan olmasının 85 illiyi qeyd edilib.

Bizim.Media xəbər verir ki, ölkəmizin Latviyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə səfir Elnur Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Vayra Vike-Freyberqaya ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonra o, ölkəmizin beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam imzalandığını diqqətə çatdıraraq, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Vayra Vike-Freyberqaya təqdim edib.
Vayra Vike-Freyberqa təbrik məktubuna və onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib və bu yüksək təltifin verilməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb.

O, dövlətimizin başçısına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə göstərdiyi daimi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Tədbirdə Latviya Prezidenti Eqils Levits, Latviyanın keçmiş prezidentləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, bu ölkənin tanınmış ictimai və mədəniyyət xadimləri iştirak ediblər.

Bizim.Media



Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO