Avropada liderlik mübarizəsi fonunda Azərbaycan-İtaliya tərəfdaşlığı - Politoloqdan ŞƏRH

Avropada liderlik mübarizəsi fonunda Azərbaycan-İtaliya tərəfdaşlığı - Politoloqdan ŞƏRH

Hazırda oxunan: Avropada liderlik mübarizəsi fonunda Azərbaycan-İtaliya tərəfdaşlığı - Politoloqdan ŞƏRH

10779

“Ölkələr arasında strateji tərəfdaşlıq o zaman olur ki, çağırışları hər iki tərəf birgə müdafiə edir, həmin dövlətləri bir-biri ilə strateji layihələr bağlayır.

Bu anlamda təbii ki, bu gün bir tərəfdən Avropada İtaliya, digər tərəfdən isə Azərbaycan Avropa və Asiya arasında ticarət, nəqliyyat əlaqələrinin, həm də enerji layihələrinin reallaşdırılması ilə məşğuldurlar.”

Bu sözləri Bizim.Media-ya açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov İtaliya və Azərbaycan arasında imzalanan Strateji tərəfdaşlıq haqqında sənədi müzakirə edərkən dedi. 
 

MÖVZU İLƏ BAĞLI:

''İtaliya şirkəti Azərbaycanda 1,6 milyard avrodan çox olan layihələrə cəlb edilib'' - Prezident 


Onun fikrincə, gələcəkdə həm Azərbaycan, həm də İtaliya Böyük İpək Yolunun orta xətindən tutmuş Xəzər hövzəsinin neft-qaz yataqlarının Avropaya nəqlində əsas ölkələr kimi çıxış edəcəklər:

“Bu, gələcək perspektivdə hər iki ölkəni bağlayan ən mühüm layihələrdir. Eyni zamanda Azərbaycan 44 günlük savaşda bizim yanımızda kimlərin olmasını unutmayıb. Bu ölkələrdən biri də İtaliya idi.”

Politoloq əlavə etdi ki, postmüharibə dövründə işğaldan azad olunan torpaqlarda yenidənqurma işləri, oradakı biznes layihələrdə İtaliya şirkətləri iştirak edəcəklər. 
 

“Təbii ki, bu, Avropa İttifaqı və Avropanın ayrı-ayrı institutuları ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşdırılması, yaxud problemlərin bir qədər tərkisilah edilməsinə gətirib çıxaracaq. 


Bildiyiniz kimi, Angela Merkel Almaniyada hakimiyyətdən getmək ərəfəsindədir. Buna görə də, hazırda hansı ölkənin Avropanın lideri olması ilə bağlı ciddi mübarizə yaşanır. Həmin qitənin lideri olacaq ölkələr arasında yenə də Almaniya və Fransanın adı hallanır, lakin İtaliya da Avropanın lider üçlüyünə daxildir.”

Avropadakı liderlik mübarizəsi fonunda qitənin Azərbaycanla əməkdaşlıq və tərəfdaşlığını paralel analiz edən Zaur Məmmədov bu fikirdədir ki, rəsmi Bakının Aİ və İtaliya ilə gələcək perspektivləri barədə yalnız nikbin proqnozlar mövcuddur.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO