İlham Əliyev dekabrın 14-də Türkmənistana səfər edəcək

İlham Əliyev dekabrın 14-də Türkmənistana səfər edəcək

Hazırda oxunan: İlham Əliyev dekabrın 14-də Türkmənistana səfər edəcək

107730

Dekabrın 13-14-də Türkmənbaşı şəhərində yerləşən "Avaza" milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkmənistan televiziyası məlumat yayıb.

Bildirilib ki, sammitin keçirilməsi ilə bağlı qərarı Türkmənistan Prezidenti imzalayıb.

Sənədə əsasən, Prezident Administrasiyasına ölkənin Xarici İşlər Nazirliyi ilə birlikdə yüksək səviyyədə üçtərəfli zirvə görüşünün keçirilməsi tapşırılıb.
Həmçinin bildirilib ki, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO