Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndidədir 

Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndidədir 

Hazırda oxunan: Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndidədir 

107695

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin əməkdaşları Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar.

Bizim.Media bu barədə “Caliber”ə istinadən xəbər verir.

Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılması müzakirə olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Qarabağa girişi dayandı - SON DƏQİQƏ - YENİLƏNİB - FOTO /VİDEO


Qeyd edək ki, Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir.

Xatırladaq ki, Xankəndiyə gedən yol üç saatdan çox müddət idi ki, bağlı olub və danışıqlar nəticəsində yol açılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO