Danışıqlar nəticəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzərGold” əməkdaşları sülhməramlıların müşayiəti ilə Xankəndiyə yollanıblar.
Bununla bağlı “Caliber” telegram kanalı məlumat yayıb.
Sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi şəhərindəki qərargahında ölkəmizin Qarabağ regionunda ekoloji monitorinqin təşkili və aparılması məsələsi müzakirə olunacaq.
15.25
Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yolayrıcında bağlanması ilə bağlı məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, Xankəndidən Ermənistana kilometrlərlə tıxac yaranıb.
Bizim.Media