Azərbaycanla Aİ arasında məlumatların qorunması istiqamətində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO 

Azərbaycanla Aİ arasında məlumatların qorunması istiqamətində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO 

Hazırda oxunan: Azərbaycanla Aİ arasında məlumatların qorunması istiqamətində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO 

107609

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının ədliyyə komissarı Didier Reynders ilə keçirilən görüşdə Ümumi Məlumatların Qorunması Qaydalarına (GDPR), məlumatların qorunması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev şəxsi “Twitter” hesabında məlumat verib.

Nazir Belçikanın Sənaye Müəssisələri Federasiyası - "Agoria"nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib.

Belçikanın İKT, nəqliyyat və kosmik sahədə fəaliyyət göstərən şirkətlərinin qatıldığı tədbirdə Azərbaycanda müvafiq sahələr üzrə həyata keçirilən layihələr haqqında məlumat verilib, şirkətlərlə əməkdaşlıq perspektivləri müzakirə edilib.
R.Nəbiyev Belçika Baş nazirinin müavini, nəqliyyat naziri Georges Gilkinet və Belçikanın rəqəmsallaşma üzrə dövlət katibi Mathieu Michel ilə də görüşdə nəqliyyat və rəqəmsallaşma, eləcə də bu sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi məsələlərini də müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO