"Qarabağdakı abidələrin dağıdılması Palmiradakı dağıntılarla müqayisə edilə bilər" - Sahib Nağıyev

Hazırda oxunan: "Qarabağdakı abidələrin dağıdılması Palmiradakı dağıntılarla müqayisə edilə bilər" - Sahib Nağıyev

107565

Erməni işğalçıları tərəfindən Qafqazın mədəniyyət beşiyi hesab olunan Qarabağdakı mədəni, tarixi və dini abidələrin dağıdılmasını İŞİD-in Suriyanın qədim şəhəri Palmira və İraqın Nimrud şəhərində törətdiyi dağıntılar ilə müqayisə edilə bilər. 

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev “Böyük qayıdış: dini, mənəvi və multikultural aspektlər” mövzusunda keçirilən konfransda qeyd edib.

Sədr müavini bildirib ki, Qarabağ bölgəsində 60-dan çox məscid, 200-ə yaxın ziyarətgah dağıdılıb və yarımuçuq məscidlərdə heyvan saxlanılmaqla dini dəyərlərimiz təhqir olunub, 900-dən çox qəbiristanlıq tamamilə dağıdılaraq qəbirüstü abidələr talan edilib.
Hal-hazırda Qarabağda həyata keçirilən yenidənqurma işlərinə də toxunan Komitə rəsmisi cənab Prezident İlham Əliyev tərəfindən bu məsələnin daim diqqət mərkəzində saxlanıldığını, dövlət strukturları ilə yanaşı uzun illərdir Azərbaycanın tarixi-mədəni abidələrinin qorunmasında mühüm rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bərpa-quruculuq işlərində yaxından iştirak etdiyini diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO