Rusiya Cənubi Qafqaz siyasətini dəyişir? – Lavrovun açıqlamalarının PƏRDƏARXASI

Rusiya Cənubi Qafqaz siyasətini dəyişir? – Lavrovun açıqlamalarının PƏRDƏARXASI

Hazırda oxunan: Rusiya Cənubi Qafqaz siyasətini dəyişir? – Lavrovun açıqlamalarının PƏRDƏARXASI

107557

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də jurnalistlər qarşısında çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı da bir sıra məsələlərə toxunub.

Diqqət çəkən məqam isə Lavrovun açıqlamalarında Azərbaycanın maraqlarına uyğun fikirlərə də yer verilməsi idi.

Belə ki, Rusiya xarici işlər naziri Rusiyanın və hətta Ermənistanın da Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirib.

Lavrovun digər fikirlərini isə bu cür sıralaya bilərik:

1. Alma-Ata sənədlərində keçmiş Dağlıq Qarabağın Azərbaycan ərazisi olması öz əksini tapıb.

2. ATƏT-in Minsk qrupu artıq dəfn edilib.

3. Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqlarını təmin edə bilər.

Bəs, Lavrovun bu açıqlamaları nəyə hesablanıb?

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Tural İsmayılovun sözlərinə görə, həm BMT prinsipləri, həm də Alma-ata sənədləri Azərbaycanın ərazi bütövlüyünü özündə əks etdirir: 

“Ona görə də burada təəccüblənməli məqam yoxdur. Rusiya daha əvvəl də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Düşünürəm ki, Rusiya və Ermənistanın digər havadarlarının nə deməsindən asılı olmayaraq, real həqiqət Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edir.

Ona görə də, Rusiya və digər dövlətlər öz istəklərinə baxmayaraq, ədaləti və beynəlxalq hüquqda təsbit olunan qərarları dəstəkləməlidir. Onların bundan başqa heç bir yolu yoxdur. Bu səbəbdən Lavrovun bu açıqlamaları bizim üçün o qədər də yenilik hesab edilməməlidir. Rusiya Prezidenti Vladimir Putin də oxşar fikirlər səsləndirib. Buna əks fikrin ortaya qoyulması Azərbaycan-Rusiya münasibətlərində tam başqa ab-havanın formalaşması ilə nəticələnir ki, bu da Moskvanın maraqlarına əsla cavab verməz. Və Rusiyanın Azərbaycanı itirməsi ilə nəticələnir.

Ona görə də, Lavrovun bəyanatları Ermənistandakı anti-Rusiya ab-havasını gücləndirən, KTMT əlehinə kampaniyanı genişləndirən və Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətlərini hiss etdirən Paşinyan hakimiyyətinə qarşı da demarş xarakteri daşıyır. Yəni, Lavrovun bu açıqlamaları həm də Ermənistana təzyiq vasitəsi kimi dəyərləndirilər bilər”. 
Politoloqun fikrincə, Lavrovun bu açıqlamalarını Rusiyanın ritorikasının yumşalması kimi qiymətləndirmək doğru olmazdı:

“Çünki Rusiya sülhməramlılarının qanunsuz fəaliyyətləri, Xankəndi və ətraf ərazilərdə qeyri-qanuni erməni silahlı birləşmələri var. Digər tərəfdən, İranın 14 nəfərdən ibarət terror-diversiya qrupu Rusiya sülhməramlılarının gözü qarşısında Xankəndiyə gəlməsi ilə bağlı məlumatlar yayılır. Bütün bu təxribatların qarşısında Rusiyanın cavabsız qalması, Müdafiə Nazirliyinin israrlı tələbləri qarşısında toponimlərimizi qondarma erməni adları ilə təqdim etməsi, Moskvanın hər hansı yumşalmaya getmədiyinin göstəricisidir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO