ABŞ Rusiya ilə Çin, Hindistan və İrana qarşı BİRLƏŞİR? – Gizli danışıqlar APARILIR 

ABŞ Rusiya ilə Çin, Hindistan və İrana qarşı BİRLƏŞİR? – Gizli danışıqlar APARILIR 

Hazırda oxunan: ABŞ Rusiya ilə Çin, Hindistan və İrana qarşı BİRLƏŞİR? – Gizli danışıqlar APARILIR 

107544

ABŞ Prezidenti Co Bayden Ukraynada davam edən hərbi əməliyyatların dayandırılması üçün Rusiya Prezidenti Vladimir Putinlə dialoqa razı olduğunu deyib. 

Mətbuatın yazdığına görə, Bayden bunu Fransa Prezidenti Emanuel Makronla keçirilən görüşdən sonra Ağ Evdə baş tutan mətbuat konfransı zamanı söyləyib:

“Əgər Rusiya prezidenti həqiqətən də müharibəyə son qoymaq üçün həll yolları axtarırsa, mən onunla dialoqa hazıram”, – Bayden vurğulayıb. 

Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bildirir ki, Baydenin Rusiya ilə dialoq məsələsini qabartması diplomatik kanallar vasitəsilə Vaşinqtonla Moskva arasında müəyyən razılıqların olmasından xəbər verir:

“Bilirsiniz ki, bir müddət əvvəl İstanbulda Rusiya və ABŞ rəsmilərinin görüşü baş tutdu. Bir-birinə qarşı nüvə silahından istifadə etməməyi qərara aldlqlarını tərəflər ilk dəfə məhz orada bəyan edirlər. Bu artıq ABŞ-ın hansısa məqamda Rusiya ilə razılığa gələ biləcəyinə dair ilkin tumurcuqlar idi. Çox güman diplomatik kanallar vasitəsilə ABŞ və Rusiya arasında müəyyən razılıqlar əldə eilib ki, Bayden də artıq Moskva ilə dialoq məsələsindən danışmağa başlayıb”. 

Ekspertin fikrincə, Bayden Ukrayna məsələsini ertələməklə diqqəti digər qlobal güclərə qarşı mübarizəyə yönəltmək istəyir. Bu istiqamətdə gizli danışıqları getdiyi ehtimalları da var:
 

“Bayden bölgədə digər qlobal güclərin yaranmasını da istəmir. Ona görə də Ukrayna məsələsini bir qədər ertələyib, diqqəti həmin qlobal güclərə qarşı mübarizənin gücləndirilməsinə yönəltmək fikrindədir. Qlobal güc deyəndə Çin, Hindistan və İranı nəzərdə tuturam. 


Bu fonda yaxın zamanda ilkin olaraq humanitar məsələlərin müzakirəsi gündəliyə çıxarılsa, deməli tərəflər münaqişənin dayandırılması barədə razılığa gəliblər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO