“Təkcə ermənilər yox, həm də beynəlxlaq təşkilatlar başa düşürlər ki, Azərbaycanla necə danışmaq lazımdır və regionda sülhə necə nail olmaq olar”.
Bunu Ermənistan parlamentindəki son müzakirələri Bizim.Media-ya şərh edən sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov söyləyib:
O, əlavə edib ki, bildiyim qədər Azərbaycanın Milli Məclisinə ünvanlanması nəzərdə tutulan bəyanatın layihəsi Ermənistan parlamentində qapalı müzakirə edilib:
“Orda bütün məsələləri ölçüb, biçiblər. Və müxalifətçilərə də başa salıblar ki, artıq dövr dəyişib. Belə avantürist bəyanat Ermənistana növbəti zərbə ola bilər. Ona görə də parlamentdəki çoxluq layihəni qəbul etməyib, yenidən işlənməsini zəruri hesab edib”.
Elmar Məmmədyarov onu da bildirib ki, əslində bu Ermənistanın daxili işidir:
“Azərbaycan üçün elə bir önəm daşımır. Azərbaycanın mövqeyi bəllidir. Hədəf Qarabağdakı separatçıların sonunu gətirmək, bu ərazilərdə yaşayan erməniləri Azərbaycan qanunları ilə idarə etmək və sərhədlərin delimitasiya və demarkasiyasını ən qısa zamanda başa çatdırmaqdır. Mən də əminəm ki, Azərbaycan ən yaxın zamanda bu hədəfinə çatacaq”.
Sabiq nazir onu da əlavə etdi ki, burda ikinci senari ola bilməz:
“Ermənistan 30 ildə Azərbaycan torpaqlarını işğal altında saxlasa da orda heç bir hüquqi addım ata biməyib. Və beynəlxalq aləm də bu məsələdə Ermənistana hər hansı bir dəstək göstərməyib. Ona görə də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və rəsmi Bakının şərtlərini qəbul etməyə məcburdur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:30 / 02.12.2022
Elmar Məmmədyarov gələn il üçün PROQNOZ VERDİ: “Mən əminəm ki...”
Hazırda oxunan: Elmar Məmmədyarov gələn il üçün PROQNOZ VERDİ: “Mən əminəm ki...”
Hazırda oxunan: Elmar Məmmədyarov gələn il üçün PROQNOZ VERDİ: “Mən əminəm ki...”
107528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.