“Fransa Senatı və Milli Assambleya Yelisey Sarayının oyuncağına çevrilib” – Deputat 

“Fransa Senatı və Milli Assambleya Yelisey Sarayının oyuncağına çevrilib” – Deputat 

Hazırda oxunan: “Fransa Senatı və Milli Assambleya Yelisey Sarayının oyuncağına çevrilib” – Deputat 

107453

“Fransa qanunvericilik orqanları tərəfindən Azərbaycan əleyhinə hər iki qətnamənin belə yekdil şəkildə qəbul olunması onu göstərir ki, Fransa Senatı və Milli Assambleya Yelisey Sarayının oyuncağına çevrilib”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Cavaşir Feyziyev səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ


“44 günlük Vətən müharibəsində Azərbaycanın mövqeyini dəstəkləyən siyasi şərhçilərin, elm adamlarının təhdid olunduğunun şahidi olduq. İndi Fransanın bu qətnamələri də onu göstərir ki, bu real addımdan daha çox Azərbaycana təzyiq vasitəsidir. Hələ biz bir müddət əvvəl bu yöndə Fransaya çağırış etmişdik.

Düşünürəm ki, bu dəfəki qətnaməyə Milli Məclisin bəyanatla cavab verməsinə ehtiyac yoxdur.

Bizim buna ən böyük cavabımız işğaldan azad olunmuş ərazilərin qurulub-abadlaşdırılması, Böyük Qayıdışın reallaşdırılması, Ermənistanın sülhə məcbur edilməsindən ibarət olmalıdır”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO