Ziyafət Əsgərovdan Fransaya İSMARIŞ – “Həddinizi aşmayın” 

Ziyafət Əsgərovdan Fransaya İSMARIŞ – “Həddinizi aşmayın” 

Hazırda oxunan: Ziyafət Əsgərovdan Fransaya İSMARIŞ – “Həddinizi aşmayın” 

107447

“Fransanın Milli Assambleyası yenə də böyük riyakarlıq göstərərək, Senatın qəbul etdiyi bəyanatı kopyaladı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Ziyafət Əsgərov səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ


“Fransa Xarici İşlər Nazirliyi açıqlama yaydı ki, parlament hakimiyyətin ayrıca qoludur və biz onun işinə qarışmırıq. 30 sentyabr 2020-ci ildə müharibənin 3-cü günündə BMT Təhlükəsizlik Şurasında Makron Azərbaycan əleyhinə qətnamənin qəbulu üçün məsələ qaldırdı. Oktyabrın 20-də Təhlükəsizlik Şurasının gündəliyini yenə Makron gətirib. Fransa XİN-dən soruşuram, o məsələni ki Makron qaldırmışdı, parlament yox. İndi onlardan soruşuram, bu qədər ikiüzlülük, riyakarlıq və yalan olar?

30 illik işğal ərzində fransadan heç bir qətnamə gəlmədi. Budur sizin demokratiyanız? Elə bu gün də Afrikanın 14 ölkəsini sovurur, onlar Fransaya vergi verirlər”, - deyə deputat əlavə edib. 

Ziyafət Əsgərov Fransaya xəbərdarlıq da edib: 

“Bilin, agah olun, həddinizi aşmayın, Qarabağ Azərbaycandır!” 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO