Ceyhun Bayramov Polşada Borellə regional problemləri müzakirə etdi - FOTO 

Ceyhun Bayramov Polşada Borellə regional problemləri müzakirə etdi - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov Polşada Borellə regional problemləri müzakirə etdi - FOTO 

107387

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Borel rəsmi “Twitter” hesabında məlumat verib. 

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla regional problemləri müzakirə etdik. Aİ-nin Cənubi Qafqazda sülh danışıqlarına və tərəflər arasında etimadın yaradılmasına yardım etmək öhdəliyini vurğuladım. Sülh quruculuğu və regional tərəqqi istiqamətində səyləri davam etdirmək üçün Azərbaycanın əməkdaşlığına ümid edirik”, - deyə Borel paylaşımda qeyd edib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO