Ceyhun Bayramov Niderland parlamentinin qərəzli yanaşmasını XİN rəhbərinə bildirdi - FOTO

Ceyhun Bayramov Niderland parlamentinin qərəzli yanaşmasını XİN rəhbərinə bildirdi - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Niderland parlamentinin qərəzli yanaşmasını XİN rəhbərinə bildirdi - FOTO

107334

Dekabrın 1-də xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Niderland arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə olunub.

Tərəflər iki ölkə arasında mövcud əlaqələrin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfindən mina təhdidi daxil olmaqla davam edən təxribatların sülh quruculuğuna mane olduğu bildirilib.

Qanunverici orqanlar tərəfindən qərəzli yanaşmaların normallaşma və sülh prosesinə xidmət etmədiyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO