Qarabağa gələn 14 nəfər İranın terror-diversiya qrupunun üzvləridir?

Qarabağa gələn 14 nəfər İranın terror-diversiya qrupunun üzvləridir?

Hazırda oxunan: Qarabağa gələn 14 nəfər İranın terror-diversiya qrupunun üzvləridir?

107261

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib.

Bizim.Media xəbər verir ki, Qafqazinfo.az xarici ölkə vətəndaşının Qarabağ ərazisinə qanunsuz gəlişi ilə bağlı yeni məlumatlar əldə edib.

Mənbə yazır ki, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır, onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndinə gəliblər və hazırda oradadılar.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa qanunsuz buraxılan xarici agentlər kimlərdir? - Sülhməramlıların özbaşınalığı


İranlıların postu keçdikləri “Mersedes-Benz” avtomobilinin seriya nömrəsi 34-QA-444-dür.

Qanunsuz olaraq Azərbaycan ərazisinə keçən 14 nəfərdən 12-si İranın eyni bölgəsindən – ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər  çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. 

Bəs bu 14 nəfərlik qrup Azərbaycanın Qarabağ bölgəsinə niyə gəlib və bu gizli səfərin məqsədi nədir? 

Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir.

Bu şəxslərin İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur – 14 nəfərdən 12-nin İzeh şəhərindən olması da təsadüfi deyil.  Bəzi məlumatlara görə, bu şəhərdə İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazası yerləşir.

Görünür, 44 günlük müharibənin nəticələrini hələ də qəbul edə bilməyən və regionda nüfuzunu itirməkdə davam edən Tehran rejimi hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazini terror məkanına çevirmək planı üzərində işləyir.

Yəqin ki, rəsmi Bakının bu məsələyə sərt reaksiyası özünü çox gözlətməyəcək. İran tərəfi ən qısa zamanda məsələyə aydınlıq gətirməlidir – onlar gizli yolla Azərbaycanın ərazisinə nə məqsədlə gəliblər, onları kim göndərib və missiyaları nədən ibarətdir?
Rusiya sülhməramlıları isə bir daha göstərdilər ki, müvəqqəti nəzarət etdiyi əraziyə, əslində, ümumiyyətlə “nəzarət etmirlər”. Öz işini hər gün Azərbaycan toponimlərini təhrif edərək mənasız və boş açıqlamalar yaymaqla bitmiş hesab edən sülhməramlılardan ən sərt şəkildə izahat tələb etməyin vaxtı çoxdan çatıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO