Makron Ermənistanı qurbana çevirir – Fransanın qərəzli bəyanatlarının PƏRDƏARXASI

Makron Ermənistanı qurbana çevirir – Fransanın qərəzli bəyanatlarının PƏRDƏARXASI

Hazırda oxunan: Makron Ermənistanı qurbana çevirir – Fransanın qərəzli bəyanatlarının PƏRDƏARXASI

107259

Xəbər verdiyimiz kimi, Fransa Milli Assambleyası Azərbaycan əlehinə növbəti qərəzli qətnaməni qəbul edib. Bir maddədən ibarət qətnamədə layihə müəllifləri “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Fransa hökumətini Aİ və ABŞ-la birgə fəaliyyət göstərməyə” çağırıblar.

Əslində, bu müddəa ilk baxışdan o qədər də problemli görünmür. Lakin bəyanatın mətnində əks olunan digər fikirlər rəsmi Parisin sülh göyərçini yox, savaş tanrısı obrazına büründüyünü hiss etdirir:
 

MÖVZU İLƏ BAĞLI:

Makron İlham Əliyevlə görüşməyə can atır – Elçilər QAPIDA


- Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsi zəruridir.

- Cəzasızlığa qarşı mübarizə üçün Ermənistanın Beynəlxalq cinayət məhkəməsinə müraciət etməsi təklif olunur.

- Fransa hökumətindən “Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün səyləri artırmaq” tələb olunur.

- Fransa hökumətinə “Ermənistana humanitar yardımı artırmağa”, həmçinin “erməni dini və mədəni mirasının qorunması üçün bütün vasitələrdən istifadə etməyə” çağırış edilir.
Təəssüf doğuran bir digər məqam isə layihənin yekdilliklə qəbul edilməsidir. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.

Fransa nə etmək istəyir?

Təbii ki, bu bəyanatın Azərbaycana qarşı praktiki təsirlərinin olacağı real görünmür. Lakin Fransanın Azərbaycana qarşı qərəzini sənəd-bəyanat dili ilə nümayiş etdirməyə başlamasının səbəbləri maraq doğurur.

Birincisi, qeyd etməliyik ki, layihə Makronun rəhbərlik etdiyi İntibah partiyasının parlamentariləridir. Bu faktın özü belə, bəyanatın təkcə qanunverici orqanın yox, Fransanın dövlət siyasətindən irəli gəldiyini sübuta yetirir.

İkincisi, Fransa hökumətinin bu addımı daha çox daxili publikaya hesablanıb. Görünür, Ermənistanın düşdüyü biçarə duruma səssiz qalan Makron hökumətinə erməni lobbisindən ciddi təzyiqlər var. Bu cür bəyanatlar qəbul etməklə Fransa hakimiyyəti üzərindəki təzyiqi yumşaltmağa çalışır.

Üçüncüsü, mümkün deyil ki, Makron iqtidarı, bu cür qərəzli addımlar atmaqla danışıqlar masasındakı yerini itirəcəyinin fərqində olmasın. Danışıqlar prosesindən kənarda qalmaq, faktiki olaraq bölgədəki nüfuz dairəsini də itirmək deməkdir. 

Digər tərəfdən, Fransanın bu mövqeyi Ermənistan hakimiyyətini də sülh prosesindən yayındırır. Xatırlayırsınızsa, bir müddət əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da sülhlə bağlı danışarkən, digər görüşlərə yox, məhz Makronun da iştirak etdiyi sonuncu Praqa müzakirələrində əldə olunan razılaşmalara diqqət çəkmişdi. Eyni zamanda Ermənistan Fransanın iştirakı olmadan danışıqlar masasına əyləşməkdən də boyun qaçırır.

Yəqindir ki, Paşinyan hökuməti bu addımları özünün hür iradəsi ilə yox, məhz Parisdən gələn fətva ilə atır. Yəni, Fransa regionda gərginliyin artmasının, növbəti hərbi toqquşmaların başlamasını arzulayır.
Bəs, bununla rəsmi Paris nəyə nail ola bilər?

Qarabağdakı təxribatlarda Rusiyanın rolu nə qədərdirsə, Ermənistan-Azərbaycan sərhədində baş verəcək toqquşmalarda da Fransa bir o qədər günahkar olacaq. Yəni, Fransa sülhə gedən yolu qapatmaqla, Ermənistanın növbəti təxribatlarına və Azərbaycanın cavab tədbirlərinə rəvac verir.

Bu proses Ermənistanın növbəti məğlubiyyəti, erməni cəmiyyətinin Rusiyaya (KTMT-yə) qarşı inamının tamamilə sarsılması və İrəvanın Fransanın orbitinə keçidinin sürətlənməsi ilə nəticələnəcək.

Yəni, Fransanın gözləntisi Ermənistanda əsas gücə çevrilməklə Cənubi Qafqaza daxil olmaqdan ibarətdir. Amma, Türkiyə və Azərbaycan faktorunu gözardı edərək, bacısıgilə qonaq gəlmək istəyən Fransanın bölgədə uzun müddət qala bilməsi mümkün deyil.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO