Fransa Parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qətnamə qəbul edilib.
Bizim.Media xəbər verir ki, palatadakı Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib.
MÖVZU İLƏ BAĞLI:
Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ
Məlumata görə, 256 deputat qətnamənin lehinə səs verib.
Səsvermədən əvvəl Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər. Qətnamə layihəsinin həmmüəllifləri Makronun “Renessans” partiyasından olan deputatlar olub.
Qeyd edək ki, Fransa Senatı da Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
Bizim.Media