Samir Nuriyev iclas keçirdi - Nazirlərə hansı tapşırıqlar verildi? - FOTO

Samir Nuriyev iclas keçirdi - Nazirlərə hansı tapşırıqlar verildi? - FOTO

Hazırda oxunan: Samir Nuriyev iclas keçirdi - Nazirlərə hansı tapşırıqlar verildi? - FOTO

10716

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun həyata keçirilən işlər haqqında iclas iştirakçılarına məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Samir Nuriyevin sədrliyi ilə qərargah yaradıldı


O qeyd edib ki, milli əhəmiyyət kəsb edən bərpa və yenidənqurma işlərinin dinamik və keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart və texnologiyaların səmərəli tətbiqi ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir.

İclasda Qərargah tərəfindən hazırlanmış Strateji Fəaliyyət Planı və Tədbirlər Planı əsasında nazirlik və dövlət təşkilatları tərəfindən vaxt qrafikinə uyğun olaraq görülməli işlər nəzərdən keçirilib.

17 istiqamət üzrə işçi qruplarının fəaliyyət göstərdiyi mərkəzdə hazırda 55 qurum və 150-yə yaxın əməkdaş təmsil olunur.

Mərkəzin fəaliyyətinə daimi əsasda təhkim edilmiş şəxslərlə bərabər konkret mövzu və tapşırıqların icrası məqsədilə ekspertlər də cəlb edilib.

İclasda Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin, işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının sosial təminatı, şəhərsalma, nəqliyyat-infrastruktur və digər istiqamətlərdə fəaliyyət göstərən işçi qruplarının məruzələri dinlənilib, qaldırılan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb və zəruri tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO