Qarabağa nəzarətə dronlar cəlb edildi - Rusiya MN-dən açıqlama - FOTO

Qarabağa nəzarətə dronlar cəlb edildi - Rusiya MN-dən açıqlama - FOTO

Hazırda oxunan: Qarabağa nəzarətə dronlar cəlb edildi - Rusiya MN-dən açıqlama - FOTO

10711

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin heyəti Dağlıq Qarabağda atəşkəsə və hərbi hərəkətlərə nəzarəti yerinə yetirir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İspaniya qəzeti Qarabağ savaşında PUA-ların uğurundan yazdı


Məlumata görə, rus hərbçiləri  atəşkəsə nəzarəti "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatlarından istifadə edərək yerinə yetirir.

"Birgə mərkəzin hərbi qulluqçuları pilotsuz hava vasitələrindən idarəetmə mərkəzində davamlı olaraq görüntülər alır. Burada hərbi texnika, şəxsi heyətin bütün hərəkətləri analiz edilir və tərəflərin təmas xəttini keçməsinin faktları qeydə alınır".

Qeyd edilib ki, Birgə Mərkəzin növbətçiləri razılaşmaların yerinə yetirilməməsi ilə bağlı istənilən məsələlərə və ya problemlərə dair şikayətlərə baxır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO