“Laçın dəhlizində postlarımızın qurulması kifayətdir” – Tofiq Zülfüqarovdan ÇÖZÜM

“Laçın dəhlizində postlarımızın qurulması kifayətdir” – Tofiq Zülfüqarovdan ÇÖZÜM

Hazırda oxunan: “Laçın dəhlizində postlarımızın qurulması kifayətdir” – Tofiq Zülfüqarovdan ÇÖZÜM

107051

“Opponentlərimizin və bəzi populistlərin Laçın dəhlizini bağlamaqla bağlı fikirlərini eşitmək bir qədər qəribədir”

Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan Laçından keçən alternativ yolda postlar quracaq” – Tofiq Zülfüqarov 


Keçmiş nazirin sözlərinə görə, bizim məqsədimiz ölkə ərazisinə silahların daşınmasının, konstitusiyaya zidd fəaliyyətlə və təbliğatla məşğul olanların, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaqdır:

“Qanunlarımıza zidd olmayan fəaliyyətlər, o cümlədən humanitar əlaqələr maneəsiz davam edə bilər və davam etməlidir. Dəhlizdə qeyd olunan formada rejimin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin postları ilə yanaşı, mövcud qanunvericiliyə uyğun olaraq gömrük və fitoveterinar nəzarət postlarının yaradılması kifayətdir.
Bu, Azərbaycanın dövlət strukturlarına “Sərhəd haqqında” qanunun tələblərini yerinə yetirməyə, Rusiya sülhməramlılarına isə 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına uyğun olaraq təhlükəsizliyi təmin etməyə imkan yaradacaq”

Tofiq Zülfüqarovun sözlərinə görə, belə yanaşma problemin həllində vəziyyətin konfliktsiz transformasiyasını təmin etməklə yanaşı, əks-təbliğatda opponentlərimizi müvafiq arqumentlərdən məhrum edəcək.
Sabiq nazir əlavə edib ki, mümkün təxribatların qarşısını almaq üçün postlarımızın fəaliyyətinin daimi onlayn yayımını təmin etmək məqsədəuyğun olardı.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO