“Ermənistan yaxşı olardı ki, sülh təklifinin ilk kimdən gəldiyini düşünsün” – XİN-dən XATIRLATMA

“Ermənistan yaxşı olardı ki, sülh təklifinin ilk kimdən gəldiyini düşünsün” – XİN-dən XATIRLATMA

Hazırda oxunan: “Ermənistan yaxşı olardı ki, sülh təklifinin ilk kimdən gəldiyini düşünsün” – XİN-dən XATIRLATMA

106978

"Yaxşı olardı ki, beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq əvəzinə, Ermənistan naziri sülh müqaviləsinin hazırlanması barədə ilk təklifin kimdən gəldiyi, baza prinsiplərinin ilk olaraq kim tərəfindən verildiyi, sülh müqaviləsinin elementləri üzrə ilk layihənin Cenevrə görüşündə kim tərəfindən təqdim olunduğu, eləcə də hər bir layihəyə Azərbaycan və Ermənistanın hansı müddət ərzində rəy bildirdiyi məsələsinə aydınlıq gətirərdi və bununla daha dolğun mənzərə yaranardı". 

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“İrəvan Azərbaycan-Ermənistan rəhbərlərinin görüşünü təşkil etməyə hazırdır” - Mirzoyan


XİN rəsmisi Ermənistan tərəfinin birtərəfli qaydada guya Azərbaycana bütün mina xəritələrini verdiyi və ən çox minalanmanın Azərbaycan tərəfindən həyata keçirildiyi barədə tamamilə əsassız iddialara cavab verib:

“10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, ilk 8 ay ərzində ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. 

Bununla yanaşı, son mina partlayışlarının təqribən 55%-dən artıq hissəsinin Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verməsi və müharibədən sonra 268 nəfərin mina qurbanı olması bəllidir. 

Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan və keçmiş təmas boyu əraziləri tam olaraq minalayan Ermənistanın faktları təhrif edərək, guya Azərbaycanın mina təhdidinin səbəbkarı olduğunu iddia etməsi riyakarlığın son həddidir.

Ermənistanda 2021-ci ildə istehsal olunmuş minaların Azərbaycan tərəfindən Ermənistanla sərhəd ərazilərdən çıxarılaraq nümayiş etdirilməsi iddiası isə, ən azı minaların təmizlənməsi işinin delimitasiya olunmamış sərhəddə Ermənistanın hərbi mövqelərinin müşahidəsi altında həyata keçirilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq, elementar məntiqə və hərbi biliklərə ziddir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO