Azərbaycan XİN Mirzoyanın iddialarına CAVAB VERDİ  

Azərbaycan XİN Mirzoyanın iddialarına CAVAB VERDİ  

Hazırda oxunan: Azərbaycan XİN Mirzoyanın iddialarına CAVAB VERDİ  

106974

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında danışıqların mahiyyətini, sülh müqaviləsinin hazırlanması, delimitasiya prosesi, mina təhdidi, habelə ərazi bütövlüyünün tanınması kimi məsələlər üzrə fikirləri yanlış məcraya yönəltmək və təhrif etmək cəhdi tamamilə əsassızdır və qəbuledilməzdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“İrəvan Azərbaycan-Ermənistan rəhbərlərinin görüşünü təşkil etməyə hazırdır” - Mirzoyan


"Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşdə iştirak üçün Ermənistan tərəfindən şərt irəli sürülməsi, qeyd edilən müsahibədə belə bir görüşün yalnız Fransa Prezidentinin iştirakı ilə keçirilə biləcəyinin bir daha təsdiqlənməsi göstərir ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə sadiq deyil və liderlər arasında növbəti görüşün Praqada deyil, məhz 31 avqust tarixində eyni formatlı üçtərəfli görüşün Brüsseldə liderlər arasında razılaşdırıldığını unudub.

Brüsseldə növbəti görüş barədə əldə edilmiş razılığa baxmayaraq, Azərbaycan tərəfinin xoş niyyətlə Praqada görüşə, habelə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə yanaşı Fransa prezidentinin iştirakına razılıq verməsindən təəssüf ki, növbəti mərhələdə sui-istifadə edilib, Fransa tərəfinin obyektiv və ədalətli vasitəçi olmadığını göstərib",-deyə XİN rəsmisi qeyd edib. 

XİN rəsmisi deyib ki, Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan tərəfi Brüsseldə əldə edilmiş razılığa uyğun olaraq, liderlər arasında danışıqlardan imtina etməyib və danışıqların davam etdirilməsi öhdəliyinə sadiqdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO