“ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir və hər iki tərəfi yeni ildə də bu istiqamətdə addımlar atmağa çağırır”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıya səfərinin yekunlarına dair məlumatında qeyd edib.
O qeyd edib ki, bu istiqamətdə artıq mühüm irəliləyişlər əldə olunub.
Rikerin sözlərinə görə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi o qədər də asan məsələ deyil:
"Lakin mən dinc gələcəyə ümid edirəm. Ümid edirəm ki, bu sülh danışıqları davam edəcək və prosesin sonunda daha parlaq gələcək üçün tarixin yeni səhifəsi açılacaq".
Dövlət Departamentinin müşaviri bu məsələdə Azərbaycanın inkişaf potensialını və ölkə iqtisadiyyatının yüksəlişini xüsusi vurğulayıb. O əlavə edib ki, ABŞ dövlət katibi Entoni Blinken də Cənubi Qafqazın inkişaf potensialına və regionda sülhə inanır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:50 / 29.11.2022
Filip Riker: “ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”
Hazırda oxunan: Filip Riker: “ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”
Hazırda oxunan: Filip Riker: “ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”
106973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.