Qüdrət Həsənquliyevin təklifinə siyasətçilərdən REAKSİYA: “Ad dəyişməyə lüzum yoxdur”

Qüdrət Həsənquliyevin təklifinə siyasətçilərdən REAKSİYA: “Ad dəyişməyə lüzum yoxdur”

Hazırda oxunan: Qüdrət Həsənquliyevin təklifinə siyasətçilərdən REAKSİYA: “Ad dəyişməyə lüzum yoxdur”

106931

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev təklif edib ki, dövlətimizin adı Şimali Azərbaycan adlandırılsın:

“Biz bütöv Azərbaycanın yalnız 20 faizini təşkil edirik. Ona görə də təklif edirəm ki, dövlətimizin adını Konstitusiyaya dəyişiklik edərək, Şimali Azərbaycan adlandıraq. Necə ki, Cənubi və Şimali Koreya var. Bütün dünya birliyi bilməlidir ki, biz 200 il əvvəl iki imperiya tərəfindən iki hissəyə bölünmüşük. Bu addım cənublu soydaşlarımız üçün də stimul olar”. 

Bizim.Media-ya açıqlamasında səslənən təkliflə bağlı fikirlərini bölüşən AXP sədri Pənah Hüseyn ad dəyişikliyinin tərəfdarı olmadığını deyir:
 

MÖVZU İLƏ BAĞLI:

“Ölkəmizin adı Şimali Azərbaycan olsun” – Qüdrət Həsənquliyevdən TƏKLİF 


“Zaman-zaman belə təkliflər olub. Amma hesab edirəm ki, indiki məqamda Azərbaycan Respublikası adı strateji maraqlarımıza daha çox uyğundur. Bu ad Azərbaycan millətinin harda yaşamalarından asılı olmayaraq milli dövlətçilik şüuruna xidmət edən anlayışdır. O baxımdan indiki məqamda dövlətimizin adının Şimali Azərbaycan adlandırılmasının tərəfdarı deyiləm. Ümumiyyətlə, Güney və Guzey Azərbaycan anlayışlarından imtina etmək lazımdır. Azərbaycan birdir, onun güneyi və guzeyi var”.

Ağ Partiyanın sədri Tural Abbaslı indiki halda ad dəyişikliyinin real olmadığı qənaətindirdi:

“Bu fikir uzun müddətdir ki, səslənir. Amma düşünürəm ki, dövlətimizin mövcud olan adının dəyişdirilməsinə ehtiyac yoxdur. Təklifə hörmətlə yanaşıram, amma düşünürəm ki, indiki halda bu real deyil”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli təklifin müzakirə oluna biləcəyini düşünür:

“Təklif müzakirə oluna bilər. O baxımdan ki, Azərbaycan Respublikası coğrafi mənada Azərbaycan ərazisini tam şəkildə əhatə etmir. Ona görə də prinsip etibarı ilə ad dəyişikliyi mümkün variantdır. 1989-cu ildə “Suverenlik Haqqqında“ Konstitusiya Qanunu qəbul olunanda da belə təkliflər irəli sürülmüşdü. Amma Azərbaycan Xalq Cümhuriyyəti formalaşanda hər halda Azərbaycan adı ilə formalaşıb. Ona görə də ad dəyişikliyini hələ ki, məqsədəuyğun saymıram”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO