“Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən qanunsuz erməni silahlı dəstələri Azərbaycan mövqelərini atəşə tuturlar”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sahib Alıyev deyib.
O bildirib ki, Rusiya sülhməramlı kontingenti regionda ömrünü uzatmaq istəyir.
“Qarabağdakı Azərbaycan toponimlərinin qondarma erməni adları ilə təqdimatı təxribatdır”, - deyə deputat əlavə edib.
Millət vəkili qeyd edib ki, Qarabağdakı Azərbaycan yer adlarının erməni adı ilə təqdimatı heç nəyi dəyişməyəcək.
“Bu gün Ruben Vardanyan kimi dələduzları da Qarabağa göndəriblər. Vardanyan ora könüllü gəlməyib, onu Qarabağa göndəriblər. Vardanyan bəlkə də Rusiyada öldürülən milyarderlər sırasında olmamaq üçün Qarabağa gəlib. Bu, aydın görünür. Vardanyan kimi dələduzu ya Qarabağdan rədd etmək, ya da tutub Bakıya gətirmək lazımdır”, - deyə Sahib Alıyev söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:10 / 29.11.2022
“Vardanyanı tutub Bakıya gətirmək lazımdır” - Sahib Alıyev
Hazırda oxunan: “Vardanyanı tutub Bakıya gətirmək lazımdır” - Sahib Alıyev
Hazırda oxunan: “Vardanyanı tutub Bakıya gətirmək lazımdır” - Sahib Alıyev
106886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.