İndiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb – XİN

İndiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb – XİN

Hazırda oxunan: İndiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb – XİN

106833

"Ermənistanın 12-14 sentyabr tarixlərində sərhəddə törətdiyi son hərbi təxribatlarından sonra bu günədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə bildirib.

"Azərbaycan beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirərək sentyabrın 12-14-də Ermənistanın son hərbi təxribatı zamanı həlak olmuş erməni əsgərlərinin qalıqlarının sərhədlər boyu axtarışlarını davam etdirir. Bu hadisələrdən sonra bu günədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb", - deyə A.Hacızadə bildirib.

Xatırladaq ki, 2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilib.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO