\

\"Sülhməramlılar Qarabağa müvəqqəti gətirilib\" - PA-nın sektor müdiri - FOTO

Hazırda oxunan: \"Sülhməramlılar Qarabağa müvəqqəti gətirilib\" - PA-nın sektor müdiri - FOTO

10675

“Müharibənin daha bir mənfi nəticəsi Ermənistanın Sunik vilayətidir. Baş nazir Nikol Paşinyan Ermənistanın beynəlxalq miqyasda tanınan sərhədlərindən bir millimetr də kənara çıxmadıqlarını bildirsə də, vilayətin bəzi kəndlərində peyda olan azərbaycanlılar GPS-i əsas göstərərək həmin yerlərin öz əraziləri olduğunu deyirlər. Bəli, həmin bölgədə sərhədlərin dəqiqləşdirilməsi işləri görülür”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun Rusiyanın “Komsomolskaya Pravda” qəzetindəki məqaləsində yer alır.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda sülhməramlılar üçün daha bir şəhərcik tikildi - FOTO


Onun sözlərinə görə, bu zaman SSRİ dövrünün xəritələri və GPS göstəriciləri əsas götürülür, həm də bu işlərdə Rusiya nümayəndələri “moderatorluq” edib və edirlər, amma burada başqa bir xoşagəlməz məqam da var:

“Hələ 1992-1993-cü illərdə Azərbaycanın Sunik vilayətilə qonşu olan rayonları Ermənistan tərəfindən işğal olundu, yəni sərhədi zor gücü ilə Azərbaycan ərazisinə doğru yüz kilometrdən çox irəli köçürtdülər.

Jurnalistin söhbət etdiyi sakinlər də azərbaycanlıların qovulduğu “özgə” evlərə köçdüklərini, özgə ərazidə ev tikdiklərini, yol çəkdiklərini, bağ-bostan saldıqlarını, bütün bunların qanunla kimə məxsus olmasını isə çox da düşünüb-daşınmadıqlarını etiraf ediblər.

İndi də bu torpaqlar hərbi-siyasi yolla azad ediləndən sonra sərhədi müəyyənləşdirmək vaxtı gəldi.

Bəli, ağır və zəhlətökən işdir, amma ölkəmizin beynəlxalq miqyasda tanınmış sərhədlərini bərpa etməyin başqa yolu yoxdur.

Bu sərhədin hər iki tərəfində olan hamımız başa düşməliyik: sülhməramlıların burada olması sırf müvəqqəti tədbirdir”.

“Biz isə qonşuluqda yaşamağı, bir-birimizə düşmən gözü ilə baxmamağı öyrənməliyik. Ən əsası da bu qıcıqlandırıcı ifadə tərzini kənara qoyub yaradıcı üslubu mənimsəməliyik”, - F.Axundov yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO