2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən bizi 3 ilə yaxın vaxt ayırır. Bununla belə 9 fevral seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv edilən 4 dairə üzrə deputat yeri boş qalıb. MSK-nın 13 fevral 2020-ci il tarixində keçirilən iclasında nəticələri ləğv olunan dairələr bunlardır:
1. Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsi;
2. Hadı Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi;
3. Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi;
4. Hüseynbala Mirələmovun lider namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsi.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclis niyə bütün qanun layihələrini ictimai müzakirəyə çıxartmır? - AÇIQLAMA
Bundan əlavə sonrakı illərdə də daha 3 deputat yeri boşalıb. Bunlarsa aşağıdakılardır:
1. 2020 ci ilin avqustun 4-də Milli Məclisin ən yaşlı üzvü Fəttah Heydərov vəfat etdi. Hazırda onun seçildiyi 116 saylı Qəbələ seçki dairəsindən deputat yeri boşdur.
2. Milli Məclisin deputatı Eldəniz Səlimov içkili halda Xaçmazdakı istirahət mərkəzlərindən birində polisə əl qaldırdığına görə 4 avqust 2021-ci ildə Respublika Prokurorluğu tərəfindən həbs olunub. O, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilmişdi.
3. Azərbaycan Prezidentin imzaladığı digər sərəncamla Milli Məclisin üzvü Şahin Seyidzadə 3 mart 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina etdi. O,50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi.
Beləliklə, hal-hazırda Milli Məclisdə sahibini gözləyən 7 deputat kreslosu var.
Surxay Atakişiyev, Bizim.Media