Qarabağa qayıdış hansı rayondan başlayacaq? – Millət vəkilinin cavabı 

Qarabağa qayıdış hansı rayondan başlayacaq? – Millət vəkilinin cavabı 

Hazırda oxunan: Qarabağa qayıdış hansı rayondan başlayacaq? – Millət vəkilinin cavabı 

10643

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənib. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır. 

Bizim.Media xəbər verir ki, həmin 5 prioritetdən biri də işğaldan azad olunan ərazilərə böyük qayıdışdır.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanın 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi

"Mən Şuşanı məmurlar paytaxtı elan etməmişəm" - Prezident hansı məmurları tənqid etdi?


Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa ilə əlaqə saxladıq və prosesin necə aparılacağını soruşduq. Bununla yanaşı dialoq zamanı deputata xatırlatdıq ki, ölkə başçısı müsahibə zamanı işğaldan azad olunan torpaqlara artıq gözlərin dikildiyini bildirib.

Millət vəkili indidən azad olunan rayonlarda torpaq zəbt etməklər istəyənlər barədə dedi ki, torpaq zəbt eləmək niyyəti və başqa məsələlər gözlənilən bir şeydir:

“Əslində böyük qayıdış sistemli proqram əsasında həyata keçirilməlidir. Bu prosesdə də daha çox ictimai rəy nəzərə alınmalıdır. Xüsusilə də o bölgədən olan insanların bu məsələyə baxışı əsas rol oynamalıdır. Çünki belə bir proses özü ilə ciddi problemləri də gətirir. Birinci infrastruktur qurulmalıdır. Minadan təmizləmə və təhlükəsizlik məsələləri həll edilməlidir ki, problemlər qalmasın.”

Fazil Mustafa bölgənin əsasən kənd təsərrüfatı və maldarlıq zonası olduğunu deyən deputat məskunlaşmanı bu profilə uyğun reallaşdırmağın zəruri olduğunu dilə gətirdi.

O ki qaldı azərbaycanlıların əvəlcə hansı rayonlara köçürülməsinə…

“Mənim fikrimcə, ilk növbədə məskunlaşma daha çox ətraf, sərhəd rayonlarından başlamalıdır. Qayıdış Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl bölgələrindən start götürməlidir. Çünki əvvəlcə logistik məskunlaşma olmalıdır. Ardınca digər məsələlər öz həllini tapmalıdır”.

Millət vəkili onu da dedi ki, işğaldan azad olunan torpaqlara qaçqın və məcburi köçkünlərlə yanaşı könüllülərin də getməsi olduqca vacibdir:

“Çünki orada daha çox fədakar insanların olması əhəmiyyətlidir. Prosesin əsasən könüllülər üzərində qurulması ümumi işin da çox xeyirinə ola bilər”.

Torpaq zəbt eləmək istəyənlərə sonda bir daha toxunan Fazil Mustafa belə xoşagəlməz nüansların tənzimlənəcəyini bildirdi və əlavə etdi ki, əsas odur ki, proses başlasın.

“Prezident də bu kursu müəyyən elədi və bu xəttin də inkişaf etdirilməsi lazımdır ki, orada heç kəs özünə əlavə komfort yaratmağı düşünməsin. Fəakarlıq etməyi bacarsın”,- deyə Fazil Mustafa fikrini bitirdi. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO