“Afrika ölkələri ilə fəal işləyirik, Keniyada səfirlik təsis ediləcək” – İlham Əliyev 

“Afrika ölkələri ilə fəal işləyirik, Keniyada səfirlik təsis ediləcək” – İlham Əliyev 

Hazırda oxunan: “Afrika ölkələri ilə fəal işləyirik, Keniyada səfirlik təsis ediləcək” – İlham Əliyev 

106345

"Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

“Biz Afrika qitəsinin ölkələri ilə fəal işləyirik. İsraildə səfirlik və Fələstində nümayəndəlik, habelə Albaniyada səfirlik açılması ilə yanaşı, Keniyada səfirliyin təsis edilməsi barədə qərar qəbul edilib. Azərbaycanı Afrika İttifaqında təmsil edən səfir, eyni zamanda, ölkəmizin Efiopiyadakı səfiri funksiyalarını da yerinə yetirir. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının sədri olandan sonra Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “İtaliya ilə əla münasibətlərimiz var”


Azərbaycanda keçirilən Zirvə Görüşündə mən dedim ki, biz ədaləti, təşkilatın üzvü olan ölkələrin milli maraqlarını və beynəlxalq hüququ müdafiə edəcəyik. Təşkilatın üzvləri olan 120 ölkənin, o cümlədən Afrika ölkələrinin bizim sədrliyimizin 2023-cü ilə qədər uzadılması barədə yekdil qərarı onların Azərbaycana dəstəyini və hörmətini əks etdirir”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident qeyd edib ki, pandemiya dövründə Azərbaycan 80-dən çox ölkəyə kömək göstərib, onların əksəriyyəti Afrika dövlətləri idi:

“Onlar başa düşürlər ki, Azərbaycan onların dostudur. Gələn il yazda biz Azərbaycanda Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşünü keçirməyi planlaşdırırıq. Bu baxımdan, bizim böyük potensialımız var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO