“Ermənistan üçtərəfli bəyanata uyğun öhdəliklərini tam yerinə yetirmir. Bu, qəbuledilməzdir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı minalar aşkar olunub ki, bu minalar da 2021-ci ildə istehsal olunub.
MÖVZU İLƏ BAĞLI:
Rəsmi Bakı Ermənistana XƏBƏRDARLIQ etdi
XİN rəhbəri vurğulayıb ki, bununla bağlı lazımi beynəlxalq qurumlar məlumatlandırılıb.
“Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi qəbuledilməzdir və post-münaqişə dövründə normallaşma prosesinə zərbədir”, - nazir qeyd edib.
Ceyhun Bayramov onu da vurğulayıb ki, erməni silahlı dəstələri hələ də Azərbaycan ərazilərini tam tərk etməyib.
Bizim.Media