İlham Əliyevdən liviyalı səfirə: “Həmişə ölkənizin dəstəyini görmüşük”

İlham Əliyevdən liviyalı səfirə: “Həmişə ölkənizin dəstəyini görmüşük”

Hazırda oxunan: İlham Əliyevdən liviyalı səfirə: “Həmişə ölkənizin dəstəyini görmüşük”

106079

Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edərkən bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev bu ölkələrin yeni səfirlərinin etimadnamələrini qəbul edib - FOTO


Azərbaycan dövlət başçısı qeyd edib ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər.

Prezident İlham Əliyev vurğulayıb ki, həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmiz həmişə Liviyanın dəstəyini görüb. Bu dəstəyin, eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də olduğunu deyən dövlət başçısı buna görə Liviya tərəfinə təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO