“Razılaşmaların yerinə yetirilməsi İrəvanla Bakı arasında sülhə imkan verəcək” – Putin

“Razılaşmaların yerinə yetirilməsi İrəvanla Bakı arasında sülhə imkan verəcək” – Putin

Hazırda oxunan: “Razılaşmaların yerinə yetirilməsi İrəvanla Bakı arasında sülhə imkan verəcək” – Putin

105940

“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası, həmçinin nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi bağlamağa imkan verəcək”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən KTMT sammitində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Putin Soçi bəyanatını MÜZAKİRƏ EDİB  


Putin Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının oktyabrın sonunda Soçidə baş tutan sammitini müsbət qiymətləndirərək, aparılan danışıqların prinsipial məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaratdığını bildirib: “Birgə bəyanatda 2020 və 2021-ci illərdə əldə edilmiş yüksək səviyyəli üçtərəfli sazişlərə sadiqlik bir daha təsdiqlənib”.  

Putin Ermənistanla Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşmasına nail olmanın yollarından bəhs edib:

"Yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar problemlərin həlli ilə bağlı əldə olunmuş razılaşmaları ardıcıl olaraq yerinə yetirməklə, biz Ermənistanla Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşmasına nail ola bilərik. Ümid edirik ki, bu, yekunda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına imkan verəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO