Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub - FOTO

Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub - FOTO

Hazırda oxunan: Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub - FOTO

105927

Noyabrın 23-də Kamboca Krallığında keçirilən ASEAN Parlamentlərarası Assambleyasının (ASEAN PA) 43-cü Baş Assambleyasının ikinci plenar iclası Azərbaycan parlamentarizmi üçün əlamətdar hadisə ilə yadda qalıb.

Belə ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunması ilə bağlı təntənəli mərasim təşkil olunub. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, ölkələrin rəsmi qəbuletmə mərasimində ilk olaraq, Azərbaycanın üçrəngli bayrağı Fəxri Qarovulun müşayiəti ilə səhnəyə gətirilib. 

Kamboca Krallığı Milli Assambleyasının sədri, ASEAN PA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin Milli Məclisin ASEAN PA-ya müşahidəçi üzv qəbul olunması ilə bağlı müvafiq sənədi Azərbaycan parlamentinin sədri Sahibə Qafarovaya təqdim edib. 

ASEAN PA-nın daxili nizamnaməsinə əsasən, milli parlamentlərin təşkilatda müşahidəçi statusu alması ilə bağlı müraciətləri 2-3 il ərzində araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunsa da, Azərbaycan Milli Məclisinin bununla bağlı müraciətinə prioritet qaydada baxılaraq, dərhal cavab verilib və dəstəklənib. 
Əlavə edək ki, iclasda Azərbaycan parlamenti ilə yanaşı, ABŞ Konqresi və Nepal Federal Demokratik Respublikasının Milli Assambleyası və Gürcüstan parlamenti də müşahidəçi üzv qismində təşkilata qəbul edilib.

Qeyd olunub ki, yeni müşahidəçi üzvlərin bu təşkilatda iştirakı ASEAN PA-nın fəaliyyətinə mühüm töhfə verəcəkdir. 

Təntənəli mərasimdən sonra təşkilata yeni müşahidəçi üzv qəbul olunmuş parlamentlərin nümayəndələri ilə görüşlər keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO