Sabiq nazirdən XƏBƏRDARLIQ – “Ermənilərlə sülh yox, müharibə real görünür”

Sabiq nazirdən XƏBƏRDARLIQ – “Ermənilərlə sülh yox, müharibə real görünür”

Hazırda oxunan: Sabiq nazirdən XƏBƏRDARLIQ – “Ermənilərlə sülh yox, müharibə real görünür”

105730

“Tezliklə yeni il gəlir və Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanma ehtimalı sıfır həddini keçib və sürətlə mənfiyə doğru gedir. Yəni, hərbi əməliyyatların bərpası getdikcə daha real görünür”.

Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.

Keçmiş nazir ilk növbədə Ermənistan hökumətinin gələn il üçün hərbi xərcləri artırmaq qərarına diqqət çəkib:

“Bu ehtimal N.Paşinyan hökumətinin 2023-cü il üçün müdafiə xərclərini 47% (1 milyard 20 milyon dollar) artırmaqla Azərbaycanın Qarabağ bölgəsində anti-konstitusion strukturların maliyyələşdirilməsini davam etdirmək barədə sentyabrda verdiyi qərarla əvvəlcədən müəyyən edilib. Bu büdcənin təsdiqindən sonra Praqa, Soçi, Vaşinqton və s.-də baş tutan bütün görüşlərin nəticəsiz olacağı asanlıqla proqnozlaşdırılırdı.
Deməli, Ermənistan sülh əvəzinə Azərbaycanla qarşıdurmanı davam etdirməyə, daha sadə desək, Qarabağa ərazi iddialarına görə müharibəyə üstünlük verməyi seçib”.

Tofiq Zülfüqarov Ermənistanın savaş ritorikası seçməsinin “vasitəçilər” tərəfindən dəstəkləndiyini də vurğulayıb:

“Bəli, bəli, məhz elita, çünki erməni xalqı bu seçimin əleyhinə yalnız ölkədən qaçmaqla reaksiya verir. Qalanlar isə müharibənin davam etdirilməsi tərəfdarlarının mitinqlərinə məhəl qoymur, onların yoxluğu ilə nümayiş etdirirlər ki, siyasi xadimlərin şüarları onlar üçün maraqlı deyil. Görünür, əsas oyunçular pərdə arxasında Paşinyana başa salıblar ki, onun siyasi karyerasının “uzunömürlü olması” gərginliyin olmasından asılıdır. Əks təqdirdə, bunu Paşinyanın yerinə başqası edəcək.

Əminəm ki, Paşinyan Azərbaycanla qarşıdurmanın yeni mərhələsinin nəticəsinin əvvəlcədən məlum olduğunu yaxşı bilir. Amma kənar aktorları həmişə nəticə yox, yalnız regiona təsir etməyə imkan verən proses maraqlandırıb. Bu gün müdafiə büdcəsinin təxminən 50% artırılmasına səs verənlər aydın şəkildə bilməlidirlər ki, 2020-ci il müharibəsindən əvvəlki siyasi leksikondan imtina edib, bu gün aktual olan ritorikanı qəbul etməyə məcbur olacaqlar”.

Sabiq nazirin fikrincə, siyasi məntiq Azərbaycanı milli maraqlarımıza qarşı yönəlmiş çağırışlara adekvat və “güzgü effekti” ilə cavab verməyə məcbur edəcək:

“Qarabağın reinteqrasiyası siyasətimizə “burnunu soxmaq” istəyi ona gətirib çıxaracaq ki, biz buna Zəngəzur istiqamətində paralel formada cavab vermək məcburiyyətində qalacağıq.
Bütün vardanyanların və balasanyanların təxribatçı ritorikasını dayandırmaq üçün biz Laçın dəhlizini yalnız Ermənistandan giriş istiqamətində bağlamalı və tərksilahla bağlı ultimatum elan edildikdən sonra üç gün ərzində antiterror əməliyyatı keçirməli olacağıq”.

Tofiq Zülfüqarov Azərbaycanın qeyd edilən addımları atmasının tamamilə real olduğunu vurğulayıb. Sabiq nazir sonda ermənilərə çağırış da edib:

“Yoldaş ermənilər, düşünün, yaxşı düşünün...”

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO