“Qarabağdakı separatçıların aktivləşməsi Rusiya ilə bağlıdır” – POLİTOLOQ

“Qarabağdakı separatçıların aktivləşməsi Rusiya ilə bağlıdır” – POLİTOLOQ

Hazırda oxunan: “Qarabağdakı separatçıların aktivləşməsi Rusiya ilə bağlıdır” – POLİTOLOQ

105690

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə separatçıların aktivləşdiyi müşahidə olunur. Xüsusən də, son günlərdə, mütəmadi olaraq bu bölgədən mövqelərimiz atəşə tutulur.

Separatçıların aktivləşmə zamanı da xüsusilə diqqət çəkir. Belə ki, Prezident İlham Əliyevin Azərbaycanın Moskvanın göndərdiyi Vardanyan kimi insanlarla danışığa getməyəcəyini elan etməsindən sonra regionda atəş səsləri davamlı hal almağa başladı.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Amid Əliyev qeyd edib ki, ölkə başçısı son çıxışlarında erməni cəmiyyətinə hədəflənmiş bəyatanatlar səsləndirilib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanla sülh sazişi olmasa... alternativlər nə ola bilər?  


Bu erməni cəmiyyətində əsl şok effekti yaradıb. Belə ki, Ermənistan Baş nazirinin Azərbaycan tərəfindən təklif olunmuş sülh gündəliyinə cavab olaraq səsləndirdiyi bəyanatda olduqca maraqlı məqamlar var. Azərbaycan silahlı qüvvələrinin sərhəddən geri çəkilməsi və Qarabağda yaşayan ermənilərin hüquqi statusu məsələsi erməni Baş nazirinin vurğuladığı əsas məqamlardır.

Bəyanatda bu bəndlərin işlədilməsilə əslində həm Fransa, həm də Rusiaya üçün müəyyən referanslar verilib. Paşinyanın Azərbaycan silahlıları haqqında səsləndirdiyi fikirlər sonradana Fransa Milli Assambleyası tərəfindən qəbul edilmiş rəzil qətnamədə də öz əksini tapdı.

Qarabağda yaşayan ermənilərin hüquqi status ilə bağlı isə Ermənistan bu məqamda Rusiya kartı ilə oynadı. Məlumdur ki, Rusiya bölgədə sülh gündəliyinin bütün elementləri ilə razıdır və yalnız, Qarabağda yaşayan ermənilərin statusunun gələcəkdə həll olunmasını istəyir”.
Politoloq İlham Əliyevin Qarabağda yaşayan ermənilərlə danışıqlar aparmaqda heç bir vasitəçiyə ehtiyacın olmadığı ilə bağlı açıqlamasına da diqqət çəkib:

“Xüsusən də, rəsmi Moskva tərəfindən bölgəyə göndərilmiş Vardanyan kimi tapşırıqlı missionerlə. Bu məsələ Azərbaycan Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində həll olunacaq. Məhz bu Rusiyanı razlı salmayan məqamdır və Rusiya hər cəhdlə çalışır ki, bu məsləni öz xeyrinə nümayəndəsi vasitəsilə həll etsin.

Ona görə də məhz Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə son günlər erməni qanunsuz silahlılarının aktivləşməsi müşahidə olunur. Məqsəd bu məqamda Azərbaycana masaya oturtmaq və tərəf kimi Vardanyanın danışıqlarda iştirakını təmin etməkdir.

Lakin, bu məsələdə Azərbaycanın Vardanyanı heç bir müstəvidə və mövzuda danışıq aparmaq fikri yoxdur. Vardanyan Azərbaycan ərazisinə qanunsuz daxil olub və Azərbaycan bu fonda yalnız və yalnız onun cinayətkar olmasını nəzərə alaraq bağışlanması və ərazidən deportasiya olunması məsələsinə baxa bilər.

Bu məsələlər öz həllini tapana qədər Rusiya öz sülh planının bölgəyə tətbiq etmək üçün bütün təzyiq vasitələrindən istifadə etməyə davam edəcək. Qərbin bölgədə fəallığının artması fonunda çox güman ki, Rusiya bu məsələdə geri çəkilməyəcək”. 
Amid Əliyev Vardanyanın Paşinyan hakimiyyətinə rəqib kimi də dəyərləndirilə biləcəyini də vurğulayıb:

“Qərbin dəstəyinin və bölgəyə nüfuzunun artması fonunda Ermənistanda müvafiq siyasi dəyişikliyin də Rusiya tərəfindən həyta keçirilməsini ehtimal etmək olar. İlin sonuna kimi, bir çox məslələrə aydınlıq gətiriləcək. Belə ki, Ermənistan sülh sazişini imzalamaqdan boyun qaçırsa, 10 noyabr bəyanatının öhdəliklərini yerinə yetirməsə və Rusiya sülhməramlıları öz funksiyalarına ciddi yanaşmasa, Azərbaycan ciddi addımlar atmalı olacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO