“Güney məsələsində hava proqnozu ilə şişirtmə və illüziyaları qəbul etmirəm” - Qulu Məhərrəmli

“Güney məsələsində hava proqnozu ilə şişirtmə və illüziyaları qəbul etmirəm” - Qulu Məhərrəmli

Hazırda oxunan: “Güney məsələsində hava proqnozu ilə şişirtmə və illüziyaları qəbul etmirəm” - Qulu Məhərrəmli

105634

“Arazın o tayında yaşayan soydaşlarımızın tarixinə, həyatına, məişətinə, ədəbi düşüncəsinə və ictimai fəaliyyətlərinə biganə qalmamalıyıq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli son vaxtlar teleməkanlarımızda bütöv Azərbaycanın hava proqnozunun verilməsi məsələsinə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə Cənubi Azərbaycanda baş verən hadisələr, Güneydəki soydaşlarımızın taleyi ilə bağlı materilların çox olması müsbət haldır:
 

MÖVZU İLƏ BAĞLI:

Təbrizdə hava bu gün belə olacaq – VİDEO


“Niyə? Çünki bu, birbaşa Azərbaycan tamaşaçısının marağında dayanan bir məsələdir. Xəbər sistemi üçün aidiyyətlilik mühüm parametrlikdir. Biz orada nə baş verdiyini bilməliyik. İran kimi mürəkkəb bir dövlətin apardığı siyasət, qonşuluqdakı hadisələr maraq dairəmizdədir. İndi hava haqqında məlumatlar da verilir.

Hansı ki, bu da müsbət haldır. Bilərik ki, Ərdəbildə, Təbrizdə və Tehranda yaşayan soydaşlarımızın, eləcə də qohumlarımızın yaşadığı məkanda hava durumu necədir. Ümumiyyətlə, elə mövzular var ki, o barədə çəkinmək olmaz. Məsələn, İranda bu məsələlərə bir qədər həssas yanaşırlar ki, Azərbaycan İrandaxili məsələlərə çox diqqət yetirir.

Təkcə Azərbaycan deyil, bütün dünya indi İranda gedən proseslərə diqqət edir. Güney və Cənub Azərbaycan, eləcə də onun ədəbiyyatı, poeziyası əsas mövzu istiqamətlərindən olub. Heç vaxt bu mövzu üzrə embarqo qoyula bilməz”.

Qulu Məhərrəmli vurğulayıb ki, Azərbaycan mediası güneyli soydaşlarımızın məsələlərinə daim diqqət ayırmalıdır:

“Hazırda telekanallarımızda bütöv Azərbaycanın hava proqnozunun verilməsi və bu kimi məsələlərin işıqlandırılmasının Azərbaycan tarixinin başlanğıcı kimi qiymətləndirmək doğru deyil. Bu cür şişirtmə və illüziyaları qəbul etmirəm.
Belə məsələlər daim işıqlandırılmalı mövzular olmalıdır. Nəinki hava proqnozu, Güney Azərbaycanda ədəbi mühit, dil prosesləri, soydaşlarımızın tarixi  mədəniyyəti, folkloru barədə məqamlar KİV-də mütəmadi yer almalıdır. Həmçinin bu, kampaniya şəklində deyil, daim medianın və televiziyaların diqqət mərkəzində olmalıdır”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO