Azərbaycan Minatəmizləmə Agentliyinin nizamnaməsi təsdiq edildi

Azərbaycan Minatəmizləmə Agentliyinin nizamnaməsi təsdiq edildi

Hazırda oxunan: Azərbaycan Minatəmizləmə Agentliyinin nizamnaməsi təsdiq edildi

10560

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident bu gəncləri təltif etdi - SİYAHI


Müəyyən edilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşdırılır.

Nazirlər Kabineti Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, beynəlxalq təcrübə nəzərə alınmaqla “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO