Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO 

Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO 

Hazırda oxunan: Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO 

105564

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin sədri görüşdə Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib.

O, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçdiyini deyərək, bu illər ərzində siyasi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib. Spiker ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayıb. 

Görüşdə Milli Məclisin sədri Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış etdiyini qeyd edib.

O, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın Hərəkatın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəkləndiyini bildirib.  

Milli Məclisin sədri bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti Konfransının gələn ilin martında Manamada Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində keçirilməsi planlaşdırılır. O, Parlament Şəbəkəsinin qarşısında duran vəzifələr və növbəti dövr üçün görüləcək işlər barədə geniş məlumat verib. 

Söhbət zamanı Milli Məclisin sədri dövlətlərarası münasibətlərin gücləndirilməsində parlamentlərarası əlaqələrin rolunu qeyd edib, belə görüşlərin bu sahədə təcrübə və informasiya mübadiləsi baxımından təqdirəlayiq olduğunu deyib.  
O, müxtəlif dövlət qurumları arasında əməkdaşlıqla yanaşı, ölkəmizin hakim partiyası Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında da məhsuldar əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb. 

Görüşdə spiker Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad ediləməsi və ərazi bütövlüyümüzün bərpası, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa və yenidənqurma işləri barədə də danışıb. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO