Zelenskinin ilin sonu üçün vəd etdiyi SÜRPRİZ – Rusiyanı və regionu nə gözləyir? - TƏHLİL

Zelenskinin ilin sonu üçün vəd etdiyi SÜRPRİZ – Rusiyanı və regionu nə gözləyir? - TƏHLİL

Hazırda oxunan: Zelenskinin ilin sonu üçün vəd etdiyi SÜRPRİZ – Rusiyanı və regionu nə gözləyir? - TƏHLİL

105542

Son vaxtlar hadisələrin gedişatı onu göstərir ki, Ukrayna ordusu şərq bölgələrində nisbi müqavimət göstərə bilsə də cənub istiqamətində Rusiya qoşunlarının sürətli hücumunu dayandırmağa nail ola bilməyib. Zelenskini bağlı qapılar arxasında güzəştə səsləməyin mənası da yoxdur- müharibənin gedişi, cəbhədəki vəziyyətdən onun hamıdan yaxşı xəbəri var.

Ukraynanın müharibəni dayandırmaq, hansısa güzəştlərə razılaşmaq fikri olsa, Makron da, Şolts da Zelenskinin məsləhətləşəcəyi ən sonuncu liderlərdir. 

Beləliklə, Zelenskinin Ukrayna ilə bağlı son açıqlamaları böyük səs-küyə və böyük çaşğınlığa səbəb olub. O, Ukraynanın əlamətdar beynəlxalq tədbirlərə hazırlaşdığını bəyan edib:
 

MÖVZU İLƏ BAĞLI:

Zelenskinin Qərb ölkələrindən XAHİŞİ: “Ukraynanı NATO və Aİ-yə qəbul edin”


“Yaxın gələcəkdə Ukrayna ətrafında mühüm beynəlxalq hadisələr baş verəcək. Ukrayna dünya üçün əlamətdar beynəlxalq tədbirlərə hazırlaşır”. 

Bizim.Media-nın məlumatına görə, bu haqda Rusiyanın Ura.ru nəşri xəbər yayıb.

Nəşr qeyd edib ki, Zelenski Şoltsu Rusiyaya ultimatum verməyə çağırıb. Digər Qərb dövlətlərinin liderlərini də qətiyyətli olmağa çağıran Ukrayna lideri Avrasiyanın siyasi xəritəsinin yaxın zamanlarda dəyişəcəyini açıqlayıb:

“MDB ölkələri sürprizlərə hazır olsun. Biz təkcə Ukrayna üçün deyil, region və dünya ölkələri üçün vuruşuruq. Bu müqəddəs vəzifə üçün Silahlı Qüvvələrimiz onlara lazım olan hər şeyi alacaq. Ölkənin cənub və şərqindəki şəhərlərdə Ukrayna bayraqlarının sayını artırmağı planlaşdırırıq”.

Volodimir Zelenskinin fkirləri beynəlxalq ekspertlər tərəfdən maraqla qarşılanıb. Və artıq Zelenskinin fikirlərindən müəyyən çıxarışlar da edilir.

Zelenski nəyin anonsunu verib?

İlk ağıla gələn təbii ki, Rusiya-Ukrayna münaqişəsində birinci tərəfin məğlubiyyətidir. Bu məğlubiyyətsə Rusiya üçün yaxşı heç nə vəd etmir. Burada iki variant var. 

Birincisi, Rusiya müharibədə məğlubiyətin qaçılmaz olduğunu görüb biabırçı sülh müqaviləsinə imza atır. 

İkincisi, Rusiya müharibəni sona qədər davam etdirmək istəyir. Bu müharibə isə, sonda Rusiya Federasiyasının dağılmasına səbəb olur.

Bəs, bu variantlardan biri reallaşsa regionda nələr baş verəcək və hansı dövlətlər qazanclı və yaxud ziyanlı çıxacaq?

Rusiya biabırçı sülhə imza atmaq məcburiyyətində qalsa bundan ən çox əziyyət çəkən ölkələr sırasında ilk 3 yeri Belarus, Ermənistan və İran tutur. Çünki hər 3 ölkə bu və ya digər şəkildə Rusiyadan asılıdır.
 

Lakin Qazaxıstan, Orta Asiya dövlətləri, Azərbaycan, Moldova və Gürcüstan, ən başlıcası isə Ukrayna qazanclı çıxacaq. Zelenskinin ikinci ehtimalında isə vəziyyət tamamilə başqa cür olacaq. Və bu variantda Rusiya parçalanır. Bu zaman yeni dövlətlər yaranır.


Bu vəziyyətdə isə ən çox qazanclı çıxan türk xalqlarıdır. Çünki Rusiyanın parçalanması ən azı 3 türk xalqına dövlət müstəqilliyi qazandıracaq. Bu da son nəticədə Böyük Turanın yaranmasını daha da sürətləndirəcək.

Bu variantda da ən çox itirən yenə də İran, Belarus və Ermənistan olacaq. Rusiya dağıldıqdan sonra növbə İrana çatacaq. Eləcə də, Belarusun indiki sərhədləri çərçivəsində qalması xeyli şübhə doğurur.

Ermənistana gəldikdə isə, Rusiyanın məhvi bu dövlətin sonunu gətirə bilər. Çünki Ermənistanın sərhədlərini hazırda rus əsgərləri qoruyur. Ölkə iqtisadiyyatının ən azı 75 faizi Rusyadan asılıdır. Rusiyanın olmayacağı təqdirdə isə, Ermənistan heç cür ayaqda qala bilməyəcək. Ona görə də, Zelenskinin ehtimallarını bir çox ekspertlər az qala toy-bayram kimi qeyd edir və bu fikirlərin doğrulacağı tarixi səbirsizliklə gözləyirlər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO