"Azərbaycanın Təl-Əvivdə səfirlik açması tarixi qərardır" - İsrail XİN

Hazırda oxunan: "Azərbaycanın Təl-Əvivdə səfirlik açması tarixi qərardır" - İsrail XİN

105127

"Azərbaycanın İsraildə səfirlik açması tarixi qərardır".

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb. 

“Bu gün (18 noyabr 2022-ci il) Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Bu, əhalisinin əksəriyyətinin şiə olduğu müsəlman ölkəsinin İsraildə ilk səfirliyi olacaq”, - bildirilib. 

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO