İlham Əliyev Putin ilə münasibətlərindən DANIŞDI

İlham Əliyev Putin ilə münasibətlərindən DANIŞDI

Hazırda oxunan: İlham Əliyev Putin ilə münasibətlərindən DANIŞDI

105078

“Şimal-Cənub dəhlizinin potensialının artırılması bu layihədə iştirak edən bütün ölkələrin maraqlarına uyğun olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu ilin əvvəlindən Prezident Vladimir Vladimiroviç Putin ilə biz münasibətlərimizə yaxşı ton, yeni dinamika verdik və il ərzində dəfələrlə görüşdük: 

“Dünən də ikitərəfli gündəliyə aid mühüm məsələlər barədə telefonla danışmaq imkanımız olub. Beləliklə, necə deyərlər, prezidentlər münasibətlərimizin bütün spektrini müəyyən edir. Əlbəttə, bütün müvafiq strukturlar da bu istiqamətdə fəaliyyət göstərir. Biz çox şadıq ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır və əminəm ki, bu dinamizm qorunub saxlanacaq. Ona görə ki, bu gün, o cümlədən sizin səfəriniz çərçivəsində müzakirələr qarşılıqlı ticarət potensialını artırmağa şərait yaradacaq.

Biz yükdaşımaların həcmində də yaxşı dinamika görürük. Tranzit yüklərə gəldikdə isə, mənim fikrimcə, burada rekord göstəricilərə nail oluruq. Təqribən 50-60 faiz artım var və artım perspektivi böyükdür. Həmçinin, tranzit-logistika infrastrukturu məsələsində, ilk növbədə, ikitərəfli əsasda və əlbəttə, qonşu ölkələr də cəlb edilməklə qarşılıqlı əməkdaşlıq potensialını artıracağıq. 
Ona görə ki, Rusiya və Azərbaycan uzun illər boyu ölkələrimizdə nəqliyyat-logistika infrastrukturuna fəal surətdə sərmayə qoyublar. Nəqliyyat dəhlizlərinin, ilk növbədə, Şimal-Cənub dəhlizinin potensialının artırılması bu layihədə iştirak edən bütün ölkələrin maraqlarına uyğun olacaq, o cümlədən biznes üçün əlavə perspektivlər açacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO