Azərbaycanın Albaniya və Keniyada səfirliyi açılacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliyinin təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihələri Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Bizim.Media