“Azərbaycanla bağlı qəbul edilən qətnamə Fransa Hökumətinin mövqeyi deyil” – Fransalı rəsmi nümayəndə  

“Azərbaycanla bağlı qəbul edilən qətnamə Fransa Hökumətinin mövqeyi deyil” – Fransalı rəsmi nümayəndə  

Hazırda oxunan: “Azərbaycanla bağlı qəbul edilən qətnamə Fransa Hökumətinin mövqeyi deyil” – Fransalı rəsmi nümayəndə  

104964

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel bildirib ki, səfərin əsas məqsədi Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi və mövcud geosiyasi vəziyyətlə, yeni yanaşmalarla bağlı müzakirələr aparmaqdır.  

O, eyni zamanda, Azərbaycanın mövqeyinin əhəmiyyətli olduğunu söyləyib. 

Azərbaycanın çox mühüm bir coğrafiyada yerləşdiyini deyən Dirk Şuebel Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhə öz töhfəsini vermək istədiyini vurğulayıb. 

Görüşdə Cənubi Qafqaz üzrə xüsusi elçi, Şərq Tərəfdaşlığı üzrə səfir, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Brice Rocquefeuil çıxış edərək Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin Fransa Hökumətinin mövqeyi olmadığını söyləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO